Əli Abbasov yaponlarla görüşəcək

Əli Abbasov yaponlarla görüşəcək
  26 Fevral 2013    Oxunub:1883
Bu gün Yaponiyanın nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.
Bu gün qonaqlar Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşəcəklər.

Məlumata görə, Yaponiyanın nümayəndə heyətinin təmsil etdiyi dövlət və özəl qurumlara ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, «Mitsubishi Electric Corporation», «Nippon» elektrik korporasiyası, «IHI Corporation», «IHI Aerospace Co.», «PASCO», «JAMSS», «Sumitomo», «Itochu Corporation», Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyəti daxildir.

Fevralın 28-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə fevralın 27-28-də Bakıda «Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı» («Azerbaijan-Japan Space Sector Workshop») keçiriləcək.
Fevralın 28-də yaponiyalı qonaqların nazir müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini, Yaponiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Abid Şərifovla görüşünün keçirilməsi planlaşdırılır.

Həmçinin, fevralın 28-də nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti