`Məlikməmməd və Ziba` - Nağıl deyil!

`Məlikməmməd və Ziba` - Nağıl deyil!
  08 Sentyabr 2016    Oxunub:4527
Yeni komediyanın ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Film Mingəçevir və Bakı şəhərlərində lentə alınıb.
Komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran, komik vəziyyətlərdədən ibarətdir. Məlikmməməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhramanı Məlikmməməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

“Məlikməmməd və Ziba” komediyasında baş rolda Nofəl Şahlaroğlu, rollarda Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.




Teqlər:





Xəbər lenti