Bulvarda caz konserti olacaq

Bulvarda caz konserti olacaq
  30 Avqust 2016    Oxunub:2452
Sentyabrın 3-də Dənizkənarı Milli Parkda, açıq səma altında “Barrel Jazz Nights” adlı caz konserti keçiriləcək.
AzVision.az xəbər verir ki, konsertdə azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən caz-muğam janrında musiqi proqramı təqdim olunacaq.

Konsert proqramında tanınmış ifaçılar Rodolfo Perez, Ronen İtzik, İsmael De La Rosa, Ruslan Ağababayev, Şəhriyar İmanov, Kamran Kərimov və Ələfsər Rəhimov çıxış edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti