Nazirliyin daha bir səlahiyyəti əlindən alındı
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edəcək.
Bundan başqa, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda da dəyişiklik edilib.
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət də Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Qeyd edək ki, indiyə qədər iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.
AzVision.az
Teqlər: