Rayonlara qar yağacaq

Rayonlara qar yağacaq
  06 Mart 2016    Oxunub:1103
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 6-da arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti