Azərbaycan BVF-yə olan borcunu tam olaraq ödəyib
Bildirilir ki, Azərbaycan BVF-yə 1992-ci ildə qəbul edilib, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımlarından bəhrələnib. 1995-2005-ci illərdə Azərbaycan iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədi ilə fonddan 577,3 mln. dollar məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib. (Apa)