`Oğlu İlhamə Quliyevaya məxsus hər şeyi təhvil verib`

`Oğlu İlhamə Quliyevaya məxsus hər şeyi təhvil verib`
  06 Mart 2016    Oxunub:9968
Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulması ilə bağlı xəbər yayıb.
AzVision.az xəbər verir ki, müğənninin oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. Vəkil həqiqətəndə İ.Quliyevanın mirasına həbs qoyulduğunu deyib:

“Kim nə açıqlama verirsə versin, öz işidir. Orxan hələ ki, miras haqda düşünmür. O, yas mərasimini yola verir, qonaqları gəlib-gedir. Kimin gözü mirasdadırsa, gedib özü davasını döysün. İlhamə Quliyevaya məxsus olan hər şey dövlət tərəfindən siyahıya alınıb. Bu o demək deyil ki, miras müsadirə olunub. Vərəsəlik haqda qanunda göstərilir ki, bu məsələlər hüquqi müstəvidə çözülməlidir. Məhz bundan sonra mirasla məşğul olmaq mümkündür. Orxan Nadirov İlhamə Quliyevaya məxsus olan hər şeyi təhvil verib. Mənzil də, digər əşyalar da möhürlənəcək. Bunu gələcəkdə məhkəmədə mübahisəli bir məsələ qalmasın deyə edirlər".

H.Vəliyev Orxanın avtomobilinin də əlindən alındığını təsdiqləyib:

"Orxan Nadirov İlhamə Quliyevanın avtomobilini idarə edirdi. Maşın xanımın adına olduğu üçün siyahıya alınıb. Orxan da onu qaraja qoyub, açarı hüquq mühafizə orqanlarına təhvil verib. Hüquq orqanları bunu tələb edib, Orxan da buna görə mübahisə etməyib. Orxan bəy 40 mərasimindən sonra bu işlə məşğul olacaq. Məhkəmədə hər şey açıq-aşkar görünəcək. Bilinəcək ki, varis kimdir. Orxan Nadirov İlhamə xanımın oğludur və tək varisidir”.

Qeyd edək ki, müğənni Əli Mirəliyev xalq artistinin mirası ilə bağlı bunları deyib:

"Mən axı demişdim İlhamə Quliyevanın mirası kimsəsizlərə qalacaq. Onun mirasına həbs qoyulub. Orxan kimdir ki? İlhamə Quliyevanın ən etibar etdiyi, sevdiyi insan birincisi dayısı oğlu Eldar İsmayılov idi, sonra mən və mənim qızım Samirə. Nə olsun ki, xalasının nəvəsini saxlayıb? Orxan böyüyəndən sonra oğul kimi özünü təsdiqləyə bilməyib. Orxan ancaq İlhamənin malından, adından istifadə edib. İndi isə Orxan deyir ki, miras ona qalmalıdır. Niyə axı? Əgər sənin anandırsa, niyə yanında olmamısan? Necə olur İlhamə öləndən sonra onun maşınının açarını götürüb sürürsən? Niyə evinin açarlarını dəyişirsən? Orxanın o evə gediş-gəlişi olmayıb. Belə olmaz axı! Onun ata-bir bacıları var. Birinin adı İradə, digərininki isə Gülbahardır. Mən onun dayısının kürəkəniyəm, miras lazım deyil".

AzVision.az


Teqlər:





Xəbər lenti