Macarıstanın baş naziri Bakıdadır

Macarıstanın baş naziri Bakıdadır
  05 Mart 2016    Oxunub:1138
Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Viktor Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər:





Xəbər lenti