`Reklam istehsalçıları qanunun tələblərini pozur`

`Reklam istehsalçıları qanunun tələblərini pozur`
  05 Mart 2016    Oxunub:1421
“Təəssüf ki, çox zaman Azərbaycanda reklam istehsalçıları tərəfindən “Reklam haqqında qanunda”kı ana dilinə hörmətlə yanaşılmalıdır maddəsinin tələbləri pozulur”.
Bu fikirləri AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, ana dilinin reklam işində, şəhərsalmada öz yerini tapması məsələləri Dilçilik İnstitutunun Monitorinq qrupu tərəfindən yoxlanılır və mövcud icra hakimiyyəti oqranlarına konkret təkliflər verilir:

“Təəssüf ki, bu təkliflərin çoxu lazımı səviyyədə dəyərləndirilmir. Çünki, bizdə xarici reklamlara böyük yer ayrılır. Bu barədə dilçi alimlərdən ibarət monitorinq qrupları öz fikirlərini bildirirlər. Amma, buna az nəzər yetirilir”.

İ. Həbibəyli təəssüflə bildirib ki, Azərbaycanın dəyərlərini əks etdirən reklamlar çox azdır.

Komitə sədri yeni yaradılan Toponimiya Komissiyasının işi barədə də danışıb: “Toponimiya Komissiyası ölkədə yer adları, coğrafi adlarla bağlı məsələləri müzakirə edir. Komissiyanın funksiyalarına aid olan məsələlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında müzakirə edilib, elmi baxımdan lazımı məsələlərə münasibət bildirilib, həmçinin bu istiqamətdə aparılan tədqiqatları ümumiləşdirmişik. Amma, Millli Məclisdə müzakirəyə təqdim olunması üçün Toponimiya Komissiyasına konkret təklif daxil olmadığından hələlik komissiyanın ayrıca iclası keçirilməyib”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti