`Adlarla bağlı məsələ ortada qalıb` - Komitə sədri

`Adlarla bağlı məsələ ortada qalıb` - Komitə sədri
  05 Mart 2016    Oxunub:2694
“Azərbaycanda şəxs adları ilə bağlı məsələ Terminologiya və Toponimiya komissiyalarının arasında qalıb”.

Bu fikirləri AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, şəxs adları ilə bağlı məsələ çox böyük əhəmiyyətə malikdir:

“Terminologiya ilə bağlı məsələlər Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasında, yer və coğrafi adlarla bağlı məsələlərə isə Milli Məclis nəzdində fəaliyyət göstərən Toponimiya Komissiyasında baxılır. Ancaq, şəxs adları ilə bağlı məsələ bu iki komissiyanın ortasında qalıb. Bu sahədə problemlər var və onların tənzimlənməsinə ehtiyac var. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Rəyasət Heyətinin nəzdində Onomastika, yəni şəxs adları ilə bağlı qurumun yaradılmasına ehtiyac var. Çünki, bu iş ayrıca professional yanaşma tələb edir”.

İ.Həbibbəyli vurğulayıb ki, AMEA-nın Rəyasət Heyəti belə bir qurum yaratmaq üçün hazırdır.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti