Azərbaycanda avtovağzallara pasport veriləcək
Qanunda avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi "Avtomobil nəqliyyatı haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib. (Apa)
Teqlər: