Prezidentin etirazı qəbul edildi

Prezidentin etirazı qəbul edildi
  04 Mart 2016    Oxunub:2322
Parlamentin iclasında bu il yanvarın 19-da qəbul olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna prezidentin etirazı barədə qərar layihəsi səsə qoyulub.

AzVision.az xəbər verir ki, millət vəkilləri prezidentin etirazını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq prezident İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu imzalamadan fevralın 15-də Milli Məclisə geri qaytarıb.

Spiker Oqtay Əsədov prezidentin geri qaytardığı qanunun Milli Məclisin daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq prezidentin təklifinin qəbulunu Milli Məclisə təklif edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti