Ştefan Füle: `Ermənistan səylərini artırmalıdır`

Ştefan Füle: `Ermənistan səylərini artırmalıdır`
  11 İyul 2013    Oxunub:1225
Avropa Birliyi Ermənistanı Madrid prinsipləri ilə razılığa gəlmək üçün səyləri artırmağa çağırıb.
Ermənistanda səfərdə olan birliyin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Ermənistan prezidenti Serj Sərkisyanla görüşündə bildirib ki, Avropa Birliyi bundan sonra da Dağlıq Qarabağ münaqişənin həllinə yardım etməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinin həssas məsələ olduğunu deyən komissar, təmsil etdiyi təşkilat adından Ermənistanı Madrid prinsiplərini tanımağa münaqişənin həlli və sülhün bərqərar olması üçün səylərini artırmağa çağırıb.


Teqlər:





Xəbər lenti