Sabah duman, çiskin olacaq
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.
AzVision.az
Teqlər: