Nazir niyə tez-tez kadr dəyişikliyi edir? - Açıqlama
“Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılması zəruri olan islahatlar həyata keçirilir. Bu islahatlarla bağlı Nazirlik həm strukturunu, həm də menecmentini təkmilləşdirir, mövcud kadr potensialının daha səmərəli şəkildə istifadə etməyə çalışır.
Bu məqsədlə kreativ düşüncəli, yüksək hazırlıqlı gənc kadrların müxtəlif rəhbər vəzifələrə irəli çəkilməsi ilə yanaşı, təcrübəli kadrların iş yerləri rotasiya qaydasında dəyişdirilir ki, bu da əsaslı islahatlar zamanı təbii bir prosesdir”.
İlkin Nəcəfzadə
AzVision.az