Dövlət Komitəsində yoxlama - Nöqsanlar var
Eyni zamanda, Komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilmədiyi diqqətə çatıdırılıb.
İclasda Komitə tərəfindən “Dövlət rüsumu haqqında” qanunun tələblərinə tam əməl edilməklə dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülməsi, toplanan rüsumların Komitə tərəfindən xərclənməsinə və büdcəyə köçürülməsində gecikdirilmə hallarına qəti yol verilməməsi, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsi istiqamətində qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə aparılan yoxlamaların müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması, yoxlamaların aparılması üzrə qərar və sərəncamların qəbulu və rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətə nəzarətin gücləndirilməsi tövsiyə olunub.
İclasda nəzarət tədbirinin nəticələri ilə bağlı kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə kollegiya qərarının surəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib, auditin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
AzVision.az