BP-Azərbaycan: `Azərbaycanda ixtisarlar gündəmdə deyil`
“Azərbaycanda hazırda ixtisar planları müzakirə edilmir. Məsələ gündəmdə deyil, ona baxılmır”, - “BP-Azərbaycan” şirkətinin mətbuat katibi Tamam Bayatlı BBC Azərbaycancaya bildirib.
Ötən il şirkətdən 257 yerli işçinin ixtisar olunduğu deyilir. Amma BP-Azərbaycan bildirir ki, yerli işçilərin hamısı ixtisar olunmayıb.
Şirkət işdən ayrılan 257 adam arasında qısa müddətli müqavilə ilə işləyərək müqavilə müddəti başa çatmış, öz ərizələri ilə işdən çıxaraq başqa işə keçmiş, xarici ölkələrə ezam olunmuş və hərbi xidmətə çağrılmışların olduğunu da bildirir.
“2015-ci ildə BP şirkətində cəmi 120 nəfər yerli Azərbaycan vətəndaşı olan işçi ixtisara düşüb”, - BP sözçüsü əlavə edib.
Neftin qiymətlərinin düşməsi fonunda Britaniyanın BP şirkəti 2015-ci ilin yekunlarına əsasən 6,48 milyard dollar həcmində itki verdiyini bəyan edib.
AzVision.az