Bakı-Sumqayıt qatarı yolda qaldı - FOTO

Bakı-Sumqayıt qatarı yolda qaldı - FOTO
  23 Fevral 2016    Oxunub:5298
Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.
AzVision.az xəbər verir ki, saat 07:25-da yola düşən qatar Güzdək istiqamətdə yolda qalıb.

Bu səbəbdən Sumqayıt stansiyasında sərnişin sıxlığı yaranıb.İlkin ehtimallara görə, qatarda texniki nasazlıq baş verib.

***

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, artıq Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarın hərəkəti tam bərpa olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti