Quba-Xınalıq yolunda hərəkət bərpa edilib
![Quba-Xınalıq yolunda hərəkət bərpa edilib Quba-Xınalıq yolunda hərəkət bərpa edilib](https://azvision.az/photos/xinaliq.jpg)
Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.
Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.