Bir ildə beşinci devalvasiya...
![Bir ildə beşinci devalvasiya... Bir ildə beşinci devalvasiya...](https://azvision.az/photos/335079-china-yuan.jpg)
Yeni məzənnəyə əsasən çinlilər bir dollar üçün 6,4495 yuan ödəməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Çin yuanı dekabrın 10-da da devalvasiya edilmişdi. Həmin vaxt yuanın kursu bir dollar üçün 6,42 yuan olub.
Xatırladaq ki, Çin Xalq Bankı bu ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: Avqustun 11-i cin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.
Eldar Tanrıverdiyev
AzVision.az