Bakıda “Frankenşteyn”i diriltmək istədilər – VİDEO

Bakıda “Frankenşteyn”i diriltmək istədilər – VİDEO
  26 Noyabr 2015    Oxunub:4215
“Viktor Frankenşteyn” ingilis yazıçı Meri Şelli tərəfindən 18 yaşında yazılan romandır. Onun bu əsəri 1818-ci ildə anonim olaraq çap olunub.
Əsər əsasında çəkilən növbəti film Pol MakQiqanın (Şerlok serialı) ekranlaşdırdığı “Viktor Frankenşteyn” dramatik qorxu filmidir. Bu filmi digərlərindən fərqləndirən ən əsas cəhət bundan ibarətdir ki, hadisələr Frankenşteynin köməkçisi İqorun nöqteyi-nəzərdən göstərilir. Noyabrın 25-i Bakıda Park Cinema IMAX filmin qapalı nümayişi göstərilib.



Filmin posteri nümayişə dəvət olunan qonaqların fotolarından ibarət qeyri-adi banner üçün əla ideya olub. Onların hamısını “Park Cinema” axtarırdı. Təbii ki, jurnalistlərin “başları”na yüksək mükafat qoyulmuşdu.



Filmdə baş rolları Deniel Redkliff, Ceyms MakEvoy, Cessika Braun-Findli, Endryu Skott, Mark Getiss oynayır.

Süjet xətti: London sirkində adsız qozbel (Deniel Redkliff) yaşayır və işləyir. Onun həyatında yeganə sevinc mənbəyi tibb haqqında kitablarıdır. Öz boş vaxtlarında qozbel orqanizmin quruluşunu, onun daxili formasını və orqanların strukturunu öyrənir. Təsadüfən o, sirkdən qaçmağa kömək edən tibb institutunun tələbəsi Viktor Frankenşteynlə (Ceyms MakEvoy) qarşılaşır. Sirkdən qaçandan sonra Frankenşteyn ona İqor adı verir və özünə assistent edir.



Viktor Frankeşteyn isə öz növbəsində həyatın sirrini öyrənməyə və cansız materiyanı diriltməyə çalışır. Dəlisov dahi özünü tanri ilə müqayisə edir, o insan yaratmağa qərar verir.

Hekayəni İqorun gözləri ilə görərkən biz gənc Frankenşteynin gizli sirlərini öyrənir və onların əbədi dostluğunun şahidi oluruq.



Viktor Frankeşteyn filmi qorxu və fantastik film həvəskarları üçün hədiyyədir. MakQiqan, Deniel Redkliff və Ceyms MakEvoy triosu əla süjetə və heyrətləndirici vizual effektlərə malik film ərsəyə gətirib. Film bu gündən etibarən kinoteatrlarda nümayiş edilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti