Hakimləri təhqir edən oyunçu cəzalandı

Hakimləri təhqir edən oyunçu cəzalandı
  10 Noyabr 2015    Oxunub:1633
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
İclasda I Divizion klubları da cəzalanıb. I Divizionun VIII turunun MOİK – “Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 54-cü dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.

I Divizionun VIII turunun “Şahdağ” – “Mil-Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 20 №-li futbolçusu Sabit Quliyev, 2 №-li futbolçusu Fərid Əliyev və “İnter” klubunun 1 №-li futbolçusu Əli Kərimov kütləvi dava-dalaşda iştirak etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 5 oyunluq cəzalanır.



Teqlər:





Xəbər lenti