“Oskar-2016”-ın aparıcısı məlum oldu

“Oskar-2016”-ın aparıcısı məlum oldu
  22 Oktyabr 2015    Oxunub:2410
Amerika Kino Akademiyasının “Oskar” mükafatının 88-ci təqdimetmə mərasimində amerikalı komediya aktyoru, rejissor və ssenarist Kris Rok aparıcılıq edəcək.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Daha əvvəl aktyorun mərasimdə iştirak etmək üçün danışıqlar aparmasına dair məlumatlar yaymışdı.
Qeyd edək ki, Kris Rok 2005-ci ildə “Oskar” mükafatının 77-ci təqdimetmə mərasiminin aparıcı olmuşdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti