“Soyqırımı” iddialarının məntiqsizliyi – TƏHLİL

  20 İyun 2013    Oxunub : 826
“Soyqırımı” iddialarının məntiqsizliyi – TƏHLİL
Sahil İskəndərov
Xüsusi olaraq AzVision.az üçün

Mayın sonlarında ifrat ermənipərəst mövqeyilə seçilən və bu ilin fevralında Fransa parlamentinə “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunma barədə növbəti qanun layihəsini təqdim edən Fransa Milli Məclisinin deputatı Valeri Buaye Avropa Parlamentində keçirilən “Erməni soyqırımı: xalqların barışığı üçün körpü” adlı konfransda növbəti dəfə erməniçilk ideoloqlarının ürəyinə yağ kimi yayılan təxribatçı xarakterli fikirlər səsləndirdi.

Osmanlı Türkiyəsində “erməni soyqırımı”nın törədilməsinin 100 illiyinin (2015-ci il) yaxınlaşdığını vurğulayan V.Buaye Fransada bu faktın inkar olunması istiqamətində Türkiyə və Azərbaycanın güclü təbliğat işini davam etdirdiklərini bildirib. Bu baxımdan, V.Buaye Fransanın İnsan hüquqlarının və əsas azadlıqların qorunması barədə beynəlxalq Konvensiyadan irəli gələn dəyərlərin müdafisəinə qalxmasının vacibliyini söylədi. Onun sözlərinə görə, nə yaddaşı, nə də ki, insan hüquqlarını neftlə almaq olmaz.
Bu bəyanat bir daha sübut edir ki, həm erməniçilik ideoloqları və beynəlxalq erməni lobbisi, həm də onların havadarları “erməni soyqırımı”nın heç olmasa 2015-ci ildə dünyanın aparıcı dövlətləri və ümumiyyətlə dünya ictimaiyyəti tərəfindən tanınması üçün ciddi hazırlığa başlayıblar. Genişmiqyaslı tədbirlərin keçirilməsi istiqamətində aparılan işin əlaqələndirilməsi üçün erməni disaporunun təşəbbüsü ilə artıq bu məqsədlə Ermənistanda, ABŞ-da, Avropada və Yaxın Şərqdə xüsusi komitələr və komissiyalar yaradılaraq, külli miqdarda maliyyə vəsaitinin toplanmasına başlanıb. Sözsüz ki, cəmlənən vəsaitin əksər hissəsi dünyanın aparıcı ölkələrində V.Buaye kimi ermənipərəst siyasətbazların və məmurların alınmasına sərf olunacaq.

Beləliklə, təxminən 100 il öncə maraqlı qüvvələr tərəfindən gündəmə gətirələn böyük oyunun gələcək konturları cızılır ki, bu da Türkiyənin 2015-ci ildə ciddi sınaqla üzləşəcəyindən xəbər verir. Şübhəsiz ki, bu oyun erməniçilik ideoloqlarının və onlara havadarlıq edən xarici qüvvələrin güddükləri maraqlar çərçivəsində aparılır. Bu maraqların mahiyyətini söyləməzdən əvvəl “erməni soyqırımı” iddiasının əssasızlığını sübut edən məqamları açıqlamaq zəruridir.
İlk növbədə heç bir məntiqə söykənməyən fantastik rəqəmlərdən başlayaq. Niyə erməniçilik ideoloqları həmin hadisələr zamanı 1,5 milyon erməninin “qətli” iddiasını irəli sürürlər? Çünki qarşıya qoyulan məqsədə çatmaq üçün “erməni soyqırımı” əsatirini arifmetik “sübut” ilə təmin etmək lazım idi. Məhz buna görə ermənilərin özünün 250-300 min erməninin “qətli” barədə ilk iddiaları illər ötdükcə “möcüzəli” şəkildə 5-6 dəfə artaraq, 1,5 milyona çatıb. Maraqlıdır ki, o vaxtkı hadisələrin şahidi olmuş amerikalı missionerlər həmin dövrdə ən uzağı 500 min erməninin öldüyünü və onların böyük hissəsinin Osmanlı imperiyasının cənub əyalətlərinə köçürülməsi zamanı öldüyünü bildirirdilər. Məhz qətlə yetirildiyini yox, öldüyünü.
Hərçənd, amerikalı missionerlərin ermənipərəst mövqedə dayandığını nəzərə alsaq, onların göstərdiyi rəqəmlərin də fantastika aləmindən olduğuna şübhə qalmır. Mötəbər mənbələrin məlumatına görə, həmin dövrdə Osmanlı imperiyasında ən çoxu 1,3 milyon erməni yaşayıb. Belə olan halda, 1,5 milyon erməninin “qətlə” yetirliməsi iddiasının açıq-aşkar yalan olduğu sübuta yetir. Bəs onda niyə erməniçilik ideoloqları bu rəqəmdə israrlıdırlar? Məsələ bundadır ki, o zaman bütün dünyada yaşayan ermənilərin sayı cəmi 2,5-3 milyon civarında olub. Və həmin dövrdə dünyada yaşayan ermənilərin yarısının Osmanlı imperiaysında məqsədyönlü şəklidə məhv eidlməsi iddiası birmənalı şəkildə konkret etnosun məhv edilməsi siyasəti kimi qiymətləndirilə bilər ki, bu da “erməni soyqırımı”nın tanınmasına birbaşa aparan yoldur.

“Erməni soyqırımı” iddiasının əssasızlığı hərbi və psixoloji aspektlər baxımından da sübut olunur. Birinci dünya müharibəsində iştirak edən Osmanlı Türkiyəsi 1,5 milyon ermənini “qətlə” yetirmək üçün hansı sayda hərbi kontingent ayırmalı və silahdan istifadə etməli idi? Əgər həmin dövrdə əsas silahın tüfəng olduğunu nəzərə alsaq, bunun üçün nə qədər vaxt lazım gələrdi?

Digər tərəfdən bunu həyata keçirən hərbçilərin psixoloji durumu hansı səviyyədə olmalı idi? Müqayisə üçün 1940-cı ilin yazında yaşanmış Xatın facisəini nümunə gətirmək olar. Onda Xatın meşəsində 21857 polşalı hərbçi iki ay (aprel-may) ərzində güllələnib. Arxiv sənədləri kütləvi qətllərdə iştirak edən hərbçilərin bir çoxunun psixoloji baxımdan güclü sarsıntılara məruz qaldığını təsdiqləyir.

Üçüncü diqqətçəkən məqam problemin bioloji aspektidir. Ermənilərin Osmanlı imperiyasının cənub əyalətlərinə köçürülməsi zamanı 1,5 milyon insanın “qətli” və ya ölümü həmin ərazilərdə elə bir epidomoloji fəlakətlə nəticələnə bilərdi ki, oralarda ən azı onilliklər boyu yaşamaq qeyri-mümkün olardı. Xoşbəxtlikdən tarix belə bir reallığı sübut etməyib.

1,5 milyon erməninin “öldürülməsi” iddiasının əssasızlığını Ermənistanın Milli arxivinin direktoru Amatuni Virabyanın cari ilin aprelində səsləndirdiyi ifkir də dolayısı ilə sübut edir. Mətbuat konfansında Virabyan qeyd edib ki, “soyqırıma” məruz qalanlar artıq yoxdurlar, onların nəyi isə çətinliklə xatırlayan xələfləri qalıblar. Buna görə də “erməni soyqırımının” qurbanı olmuş 1,5 milyon adamın adını elan etmək mümkün deyil. Hərçənd, bu reyestrə artıq 150-200 min ad salınıb.

Çox təəccüblüdür ki, təxminən 100 il bundan əvvəl başlayaraq “erməni soyqırımı” iddiasında bulunan erməniçilik ideoloqları hələ o zaman həmin “faciəni” yaşamış soydaşlarının və onların xələflərinin “dəlil-sübutlarını” böyük bir zaman kəsiyində toplayıb dünya ictimaiyyətinə təqdim edə bilmirlər. Yəni bunu elə həmin hadisələrin “qurbanı” və “şahidi” olanların sağlığında edə bilməzdilərmi? Erməniçilik ideoloqlarının belə “sadəlöhvlüyü” inandırıcı görünmür. Əgər həqiqətən də 1,5 milyon “qurbanı” aşkarlamaq olsaydı, etməniçilik ideoloqları nəyin bahasına olursa-olsun bu siyahını çoxdan tərtib edərdilər.

“Erməni soyqırım”ı iddiasının sırf əsatir olduğuna digər bir tutarlı dəlil indiyədək kütləvi erməni məzarlıqlarının aşkar edilməməsidir. Ən azı müasir Türkiyənin Cənub-Şərqi və Suriyanın ərazisi bu məzarlıqlarla dolu olmalı idi. Yalnız aşkarlanan məzarlıqlarda tapılan sümüklərin identifikasiyası bu suala qəti və ədalətli cavab verə bilər. Müasir texnologiyalar əsrlər keçməsinə belə baxmayaraq, bu cür məzarlıqların hətta kosmosdan aşkarlanmasına imkan verir.
Yenə müqayisə üçün nümunələrə müraciət edək. Bir neçə il öncə Azərbaycanın Quba rayonunda, keçmiş Yuqoslaviya (tək Bosniyada 150-yə yaxın belə məzarlıq tapılıb) ərazisində aşkarlanan kütləvi məzarlıqlar buna əyani sübutdur. Erməniçilk ideoloqlarının inadla buna getməməsi həm də onların ifşa olunacaqları təhlükəsindən irəli gəlir. Məzarlıqlarda tapılan sümüklərin identifikasiyası tam əks mənzərə ortaya qoya bilər. Yəni həmin məzarlıqlarda basdırılanların digər etnoslara mənsubluğu və erməni daşnakları tərəfindən qətlə yeirilməsi sübut olunar. Necə ki, bir neçə il öncə Türkiyədə aşkarlanan belə bir məzarlıqda erməni daşnakları tərəfindən qətlə yetirilmiş türklərin (qadınalr, qocalar və uşaqlar) basdırıldığı üzə çıxdı.

Məhz bu səbədən erməniçilik ideoloqları iddianın “həllinə” tarixi-hüquqi yox, “siyasi” müstəvidə çalışırlar. Sadalanan məqamlar qətiyyətlə həmin hadisələr zamanı ən çoxu 40-50 min erməninin öldüyünü söyləməyə əsas verir. Məhz ölməsini, öldürülməsini yox! Və onların böyük hissəsi köçürülmə prosesi zamanı üzləşdikləri iqlim dəyişikliyinin qurbanı olublar.

Əvvəllər əsasən Osmanlı imperiyasının dağlıq ərazilərində məskunlaşmış ermənilər, imperiyanın aran hissəsinə deportasiya zamanı bir çox xəstəliklərin (dezinteriya, malyariya və s.) fəsadları ilə üzləşiblər. Müqayisə üçün qeyd edək ki, ötən əsrin 40-cı illərinin sonlarında SSRİ rəhbərliyinin cinayətkar əmri əsasında Ermənistandan zorla Azərbaycanın aran zonalarına deportasiya olunan soydaşlarımızın bir hissəsi də məhz bu xəstəliklərdən vəfat edib. Bundan başqa, köçürülmə zamanı ölən ermənilərin müəyyən qədəri onların hesabına asan qazanc əldə etməyə çalışan quldurların və soyğunçuların basqınlarının qurbanı olublar.

Digər bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz. Bir çox hallarda həmin ermənilər məqsədyönlü şəkildə onların dəstəkləmək istəmədikləri erməni daşnakları tərəfindən qətlə yetirililərək, türk kəndlərinin yaxınlığına atılırdılar. Sonra bu cəsədlər, onsuz da ermənilərə hərtərəfli yardım göstərən müxtəlif çeşidli qərbli missionerlərə türklərin “xristianların qatili” və “vəhşi” etnos olmasının sübutu kimi təqdim edilirdi. Və nəhayət, əvvəl daşnakları dəstəkləməkdən boyun qaçıran sadə ermənilərdə türklərə nifrət hissini alovlandırmaq niyyəti uğurla həyata keçirilirdi. Deyilənlər sübut edir ki, “erməni soyqırımı”ndan, yəni ermənilərin məqsədyönlü şəkildə qətlə yetirilməsindən heç bir söhbət gedə bilməz.

Erməniçilik ideoloqlarının faktları öz maraqlarına uyğun şəkildə təhrif etməsi ilə üzləşəndə, XIX əsrin ikinci yarısında Böyük Britaniyanın iki dəfə baş naziri olmuş məşhur dövlət xadimi Bencamin Dizraelinin özü qədər də məşhur olan kəlamı yada düşür. Dizraeli qeyd edirdi ki, insanları aldatmağın 3 üsulu mövcuddur: qeyri-müəyyən cavab, açıq-aşkar yalan və statistika. Göründüyü kimi, erməniçilik ideoloqları indiyədək hər üç üsuldan məharətlə istifadə edərək, dünya ictimaiyyətinə öz iddialarını müəyyən mənada sırıya biliblər.

Teqlər: