İlhamə Quliyevanı öldürmək istədilər - İlginc açıqlama
“Oktyabrın 7-si Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları keçmiş köməkçim Mehriban Bəylər qızını evimdən apardılar. Mehribanın məni dərmanlarla zəhərləmək, huşumu dağıtmaq istəməsi, əmlakımı ələ keçirməsi sübut olunub. Yatanda damarıma hava vurub məni öldürmək istəyirdi. Mən ona etibarnamə vermişdim ki, işlərimi görsün. Etibarnamə ilə hər şeyimi ələ keçirib. Mənə vəsiyyətnamə yazdırıb, özü qol çəkib. Həmin kağızları mənə gətirdilər. Əlimdə səs yazmaları var. Deyirmiş ki, İlhamə Quliyeva olacaq, var-dövlətimi ələ keçirəcək. Mənim nə varım var? İl yarımdır mənə dərmanlar verirdi, halsız olurdum. Evimdən 5000 oğurlayıb. Evimə cadu edib.
Üstümə hücum çəkmək istəyirdilər. O, Kürdəxanıda olmaqdansa, küçədə kef edir.
Oktyabrın 7-si aparıb iki gün saxladılar. Sonra dedilər ki, Kürdəxanıya göndəriblər. Bakı Şəhər Prokurorluğundan gəlib məndən izahat alıblar. Dünən gördüm ki, Mehriban sərbəst buraxılıb. Mehriban Hüseynova bir şəxslə əlaqəyə girib, ona inanaraq mənə qarşı gördüyü işləri danışıb. Həmin adam da hər şeyi mənə açıb danışdı. Yarım əsrdir ki, dövlətimə xidmət edirəm, dövlətim də mənə ödüllər verib. Dövlətim təhlükəsizliyimi daim qoruyub. Bu gün isə təhlükəli və pis vəziyyətdə yaşayıram. Dünən gecə bağdan qayıdanda ağ “Chevrolet” maşın qarşımda saxladı. Mehribanla rəfiqəsi Xatirə maşında idi, arxaları ilə maşınlar gəlirdi. Adamlar üstümə hücum çəkmək istəyirdilər. Mehriban Kürdəxanıda olmaqdansa, küçədə kef edir. Kim buraxıb onu? Bu böyük işdir, əl çəkən deyiləm.
Prezidentimiz Azərbaycanda yoxdur, ona teleqram göndərmişəm. Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna teleqram göndərmişəm. Məni öldürmək istəyən, əmlakımı ələ keçirən adam necə olur ki, bu gün azadlıqdadır? Məni aldadıblar. Azərbaycan xalqına və dövlətimə müraciət edirəm. Mənim təhlükəsizliyimi təmin etsinlər, məni qorusunlar. Oğlumun maşınını təqib edirlər. Sabah mətbuat konfransı keçirəcəm. Məsələni media ilə bölüşəcəm”.
AzVision.az