`Azərbaycanlı hakerlərlə əlaqəmiz var` - MÜSAHİBƏ

`Azərbaycanlı hakerlərlə əlaqəmiz var` - MÜSAHİBƏ
  15 Oktyabr 2015    Oxunub:5347
“Ayyıldız Tim” – 2002-ci ildə qurulan və özlərini patriot, dindar kimi təqdim edən türk haker qrupudur. Qrupun daxilində əsgəri rütbə sisteminin olduğu deyilir. Qrup Pentaqonun saytını hack edəndən sonra dünyada məşhurlaşmışdı.

Hazırda “Ayyıldız Tim” dünyada məşhur olan “RedHack” və “Anonymous” qrupları ilə virtual müharibə aparır.

Haker qrupunun şüarı belədir: “İşini ən yaxşı görən şəxs Vətəni ən çox sevən şəxsdir”.

Qrupun üzvlərindən biri bizimlə söhbət etməyə razılıq verib.

- “Ayyıldız Team”-i qısaca necə tanıya bilərik?

- Virtual dünyada ölkəmizə, millətimizə, dinimizə, bütünlüyümüzə edilən hər cür haqsız hücumun qarşısının alınması və onlara qarşı müdafiə hüququndan istifadə təməl məqsədimizdir. Ölkəsini, dövlətini, millətini, bayrağını, dinini bu cür hücumlardan qorumaq hər Türk Vətəndaşının ən təbii haqqıdır.

İnternet bu dövrün psixoloji müharibə vasitəsidir. Atom bombasının təsirindən daha güclü bir dağıdıcı təsirə malikdir. Bu döyüş vasitəsinindən Türk və İslam düşmənləri daha çox istifadə edirlər.

Vəzifələrimizi belə sıralaya bilərik: Sanal aləmdə Türkiyə Dövlətinə, bütün ictimai təşkilat və quruluşlarına yönələn hər cür virtual hücumu aradan qaldırmaq; Anti-Türk, anti-İslam, ateist, satanist, pornoqrafik, konstitusiya nizamı dəyişdirməyə çağırış edən saytları dayandırmaq; Faydalı nəşrlər edən saytlara və sistemlərə lazım olan dəstəyi vermək.

- Komandanız nə zaman yaranıb?
- `Ayyıldz Team`ı qurmaq fikri 2002-ci ildə Cedkan bin Yafəsin ağılına gəlib. Qanunlara bağlı, sədaqət sahibi, bu işi maddiyyat üçün deyil, dua almaq üçün edən dörd millətçi insan bir araya gəlib, ilk addımı atırlar.

- İndi neçə üzvünüz var?

- Sayımız davamlı dəyişir.

- Pul qarşılığında hakerlik edirsinizmi?

- 10 ildə bir quruş da mənfəət olmayıb və Allah ömür verdikcə olmayacaqdır. Bu isin ən zövqlü tərəfi odur ki, 15 TL-lik klaviatura ilə ölkəmizi dünya çapında təmsil edirik. Dunyaya mesaj veririk.

- Azərbaycan hakerləri ilə işbirliyiniz olurmu?

- Zaman-zaman əlaqə qurduğumuz dostlar olur, təbii ki, amma rəsmi olaraq azərbaycanlı hakerlər ilə əməkdaşlıq etdiyimizi deyə bilmərik.

Polad Aslanov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti