“Baku-2015” in qalibi ölkəyə buraxılmadı

“Baku-2015” in qalibi ölkəyə buraxılmadı
  08 Oktyabr 2015    Oxunub:5749
Birləşmiş Ərəb Əmirliyi cüdo üzrə İsrail millisinin ölkəyə daxil olmasına qadağa qoyub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda BƏƏ-də 2016-c il Rio-de- Janeyro Olimpiya Oyunlarına lisenziya xarakterli cüdo yarışları keçirilir. İsrail millisinin 15 üzvü də bu yarışmda iştirak etməli idi.

Məlumata əsasən, Abu-Dabi də keçiriləcək beynəlxalq turnirdə 83 ölkədən 500-dən çox idmançının iştirakı nəzərdə tutulub.

BƏƏ-yə girişi qadağan olan idmançılar arasında 2013-cü il dünya çempionu Yarden Cerbi və “Baku -2015” Avropa Oyunlarının qalibi Saqi Muki də var.

Qeyd edək ki, BƏƏ İsraili rəsmi olaraq dövlət kimi tanımır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti