`İŞİD-in bütün obyektləri atəşə tutulub` - Putin
Onun sözlərinə görə, bütün hədəflər vurulub: "Təqribən 1500 kilometr məsafədən bütün nəzərdə tutulan hədəflərin vurulması müdafiə sənayesi müəssisələrinin yaxşı hazırlığından və şəxsi heyətin yaxşı təlim keçməsindən xəbər verir".
V.Putin qeyd edib ki, belə növ münaqişələr siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: "Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək".
Prezident əlavə edib ki, Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir.