Namibya soyqırıma görə Almaniyadan təzminat tələb edir

Namibya soyqırıma görə Almaniyadan təzminat tələb edir
  07 Oktyabr 2015    Oxunub:1963
Namibya dövləti kayzer II Vilhelm zamanında törədilən “Herero” genosidinə görə Almaniyadan kompensasiya tələb edir.

Kayzer Almaniyası general-leytinantı Lotar fon Trothanın əmiri ilə, 111 il əvvəl, yəni 2 oktyabr 1904-cü ildə Omahaka səhrasında “Herero tayfası”nın saysız üzvü qətlə yetirilib. Üstündən 100 keçdikdən sonra genosidə uğramış Namibya ilk dəfə olaraq Almaniyadan təzminat tələb edib.

Ekspertlərin rəyinə görə, həmin ərəfədə Namibiyada “Herero” tayfasına aid 65-80 min insan soyqırıma məruz qalıb. Habelə “Nama” adlanan, sayları 10-20 min olan tayfa da qırğına uğradılıb. Tarixçilər bu faktı “20-ci əsirinin ilk soyqırımı” adlandırırlar.



AzVision.az Almaniyanın “Focus Online” jurnalına istinadən xəbər verir ki, “Herero” tayfasının rəsmi münayəsi Vekuii Rukoro Namibya adından çıxışr edərək kayzer Almaniyasının etdiyi vəhşilik və etnik təmizləmə siyasətinə görə, Almaniya dövlətindən yüksək təzminat tələb edib, ancaq təzminatın konkret məbləği göstərilməyib. “Heroro” qəbiləsi Almaniyaya qarşı böyük miqyasda kampaniyaya start verib.

Almaniya federal hökuməti isə tarixi faktın soyqırım kimi qəbul edilməsinə hələ ki, tələsmir, lakin bu il Almaniyanın XİN-i yaydığı rəsmi bəynatda 1904-1908-ci illərdə Namibyada baş vermiş hadisləri “müharibənin nəticəsi, həmçinin genosid” adlandırmışdı.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti