Zorakılıq halları azaldılmalıdır – Almaniya səfiri

Zorakılıq halları azaldılmalıdır – Almaniya səfiri
  02 Oktyabr 2015    Oxunub:1815
Bu gün ən vacib olanı Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması, atəşkəs rejiminin pozulması hallarının təkrarlanmasıdır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib

“Biz son günlər və həftələr ərzində Qarabağ münaqişəsi zonasında, təmas xəttindən baş verənlərlə əlaqədar çox narahatıq. Zorakılıq hallarının azalması olduqca əhəmiyyətlidir. Bunun üçün ATƏT-in Minsk qrupu mövcuddur – Bu onların işidir”, - deyə Kisler qeyd edib.

Səfirin sözlərinə görə, qarşıda gərginliyin azaldılması və münaqişənin dinc yolla həll edilməsi üçün əsas olacaq qarşılıqlı anlaşma atmosferi yaratmaq hədəfi durur: “Gələn il Almaniya ATƏT-ə sədrlik edən ölkə olacaq. İnanın, Almaniya sülhə nail olmaq üçün əlindən gələn hər şeyi edəcək”, - deyə Almaniya səfiri bildirib.

Diplomat bir daha vurğulayıb ki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həll edilməsi üçün ən düzgün formatdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti