51 yaşlı aktrisa övladlığa uşaq götürdü

51 yaşlı aktrisa övladlığa uşaq götürdü
  02 Oktyabr 2015    Oxunub:3069
Məşhur Hollivud ulduzu Sandra Bullok daha bir uşağı övladlığa götürüb.
AzVision.az “Mirror”-a istinadən xəbər verir ki, 51 yaşlı aktrisa bu dəfə qız uşağını övladlığa götürüb.

Uşaq artıq aktrisanın evindədir və Bullok zaman-zaman onunla birgə ictimaiyyət arasına çıxır.

Sandra Bullok “People” jurnalının dünyanın ən gözəl qadını seçdiyi məşhur amerikalı aktrisadır. 51 yaşlı aktrisa 2010-cu ildə Yeni Orlean şəhərində yerləşən uşaqlar evindən Luis adlı uşağı övladlığa götürüb.

Oğlu barədə danışan aktrisa bildirir: “O, idealdır. Mənə elə gəlir ki, o, həmişə mənim həyatımda olub. Bundan sonra onun üçün yaşayacağam”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti