Bu ölkədə hamı 6 saat işləyəcək

Bu ölkədə hamı 6 saat işləyəcək
  02 Oktyabr 2015    Oxunub:3159
İsveçin böyük şirkətləri işçilərin məhsuldarlığının artırılması və əməkdaşlarını xoşbəxt eləmək üçün 6 saatlıq iş rejiminə keçiblər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Artıq əvvəlki əmək haqqını saxlamaqla 6 saatlıq iş qrafikinə keçən müəssisə rəhbərləri iddia edirlər ki, bu addım işçilərin məhsuldarlığının artması həmçinin onların xoşbəxt olması ilə nəticələnib.

İndi onların özləri, ailələri və idmanla məşğul olmaq üçün daha çox vaxtları var. Nəticədə onlar həm işdən çıxanda, həmdə növbəti gün bura gəldikdə xoşbəxt olurlar.

6 saatlıq iş rejiminə keçid müqabilində işçilərə sosial şəbəkələr və digər diqqəti yayındıran vasitələrdən uzaq olmaq tövsiyə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti