Türklər rus silahının ərəb torpağına gəlməsindən narahatdır

Türklər rus silahının ərəb torpağına gəlməsindən narahatdır
  02 Oktyabr 2015    Oxunub:1703
Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narahatlığını ifadə edib.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu bildirib. Onun sözlərinə görə, narahatlığa səbəb mətbuatda mülki obyektlərin zərbələrə məruz qalması ilə bağlı məlumatlar olub.

“Biz Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada dünən keçirdiyi əməliyyatlardan narahatıq, çünki məlumat var ki, Rusiya təyyarələri İŞİD-lə bağlı hədəflərin əvəzinə müxalifətə aid hədəfləri və mülki obyektləri məhv edib. Əgər bu belədirsə, biz bundan çox narahatıq. Bu ölkədə münaqişənin həllinə yox, problemlərin daha da gərginləşməsinə səbəb olacaq” - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəl Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarları olduğunu bildirib.

Virtualaz.org


Teqlər:





Xəbər lenti