Obama Sarkisyanla görüşüb

Obama Sarkisyanla görüşüb
  30 Sentyabr 2015    Oxunub:2800
Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda ABŞ prezidenti Barak Obama tərəfindən BMT Baş Assambleyası 70-ci sessiyasında iştirak edən nümayəndə heyətləri rəhbərləri üçün təşkil edilən rəsmi qəbulda iştirak edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qəbul zamanı Serj Sarkisyan və Barak Obama arasında qısamüddətli söhbət baş tutub. Ermənistan prezidentinin rəsmi saytının yaydığı məlumata görə, söhbət zamanı bir sıra ümumerməni xarakterli məsələlər müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti