`Kimsə 50 min manat təklif eləsə, pis olmaz` - Gənc müğənni

`Kimsə 50 min manat təklif eləsə, pis olmaz` - Gənc müğənni
  21 Sentyabr 2015    Oxunub:5694
Gənc müğənni Könül Şıxəliyeva ilə müsahibəni təqdim edirik:

- Səni mediada çox az görürük... Səbəb nədir?


- Dəvət almıram. Gedib kiminsə qapısın döyməyəcəyəm ki, məni hansısa verilişinizə qonaq çağırın...

- Bəlkə təmbəllik sənin özündədir, yeni mahnilar yazdirmirsan, maraqlı fotosessiyalar etdirmirsən?..

- Gərək maliyyə, sənə dəstək olan biri olsun ki, yeni layihələr,mahnılar olsun. Hələ ki, öz gücümlə irəli getməyə çalışıram.

- Şou-biznesdə sponsor anlayışı nə məna kəsb edir?

- Mən ele söhbətlərə inanmıram, amma olsa, pis olmaz. Kimsə gəlsin, 50 min manat təklif eləsin ki, get, işlərinlə məşgul ol, pis olmaz.

- Bir ara sponsor axtarışına çıxmışdın, nə məsələ idi?

- Bu dəqiqə də sponsor axtarıram (gülür). Amma başqa bir niyyətlə sponsor olmasın. Əgər elə olsaydı, müğənni niyə olurdum, asan yolla pul qazanardım da.

- “Sponsorum yoxdur” deyirsənsə, sürdüyün bahalı maşını,evi kim alıb sənə?



- Mən sənətə 2 ildir gəlmişəm, amma maşinim, evim artıq on ildir ki var. Hətta tanınmış müğənnilərin sürdüyü maşına, yaşadıqları kirayə evə baxanda gülməkdən ölürəm. Şükür ki, görüb gəlmişəm bu sənətə və sənətdən əlavə şəxsi bizneslə də gəlir əldə edirəm.

- Ərindən boşanan qadınların şou-biznesə can atmasına münasibətin necədir?

- Gərək səhnəyə, efirə çıxanda qadın kimi səsdən əlavə, görünüşün də olsun da... (gülür).Səhnə gözəlliyi sevir və mən də o gözəllərdən biriyəm .

- İkinci dəfə ailə həyatı qurmağı fikirləşirsənmi?

- Niyə də yox, ailə həyatı qurmaqla yanaşı, oğlan övladı dünyaya gətirməyi planlaşdırmışam.

- Birdən yoldaşın sənə sənətində qadağa qoysa, necə olacaq?

- İnsanda sevgi, inam hissi olandan sonra boş söhbətdir qalan şeylər.

- Sənətində hansı yeniliklər var?

- Çox böyük yeniliklərim olacaq, hətta adımı belə dəyişəcəyəm. Yeni adda və yeni imicdə, bambaşqa bir Könül gələcək.

- Yəni fikirləşirsən ki, Könül adı sənə uğur gətirmədi və adını dəyişmək qərarına gəldin?

- Bəli, bu sənətdə Könüllər çoxdur və mənim yeni adlımdan Azərbaycanda olmayacaq. Bu yaxınlarda yeni adımla və mahnımla bərabər yeni klipimin də təqdimatı olacaq.

Elmin Nəbiyev


Teqlər:





Xəbər lenti