SOCAR Mərkəzi Bankdan 1.8 milyard borc alır
![SOCAR Mərkəzi Bankdan 1.8 milyard borc alır SOCAR Mərkəzi Bankdan 1.8 milyard borc alır](https://azvision.az/photos/2aa59dd9503f5d821ecf4f52bf134d99.jpg)
SOCAR prezidenti deyib ki, bu ilin sonuna artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və "Azneftyağ" zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: "2018-ci ilin sonuna zavodların moderləşməsi işini başa çatdırıb, "Avro-5" standartı ilə və yeni keyfiyyətli benzin və dizel istehsal ediləcək. Bununla da 2030-cü ilin ortalarına qədər benzin və dizelə olan tələbat bu zavodda həyata keçiriləcək və "Azneftyağ" zavodu da sökülərək, ərazisi Bakı bulvarına qatılacaq".
2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir deyən R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir:
"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".