Toyda dava düşdü - qonaq xəstəxanalıq oldu

Toyda dava düşdü - qonaq xəstəxanalıq oldu
  13 Sentyabr 2015    Oxunub:6406
Daşkəsəndə döyülmə faktı qeydə alınıb.
Rayonun Dəstəfur kənd sakini, 1967-ci il təvəllüdlü Babək Sadıqov qapalı kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin xəsarəti əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. B. Sadıqov bildirib ki, kənddə keçirilən toy mərasimində şəkil çəkdirmək üstündə dava düşüb və bir neçə nəfə onu döyüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti