Ermənistan cəbhədəki olaylara görə Putindən narazıdır
Qeyd olunub ki, bu məsələ, nəinki Ermənistan və Rusiya prezidentlərinin sentyabrın 7-i baş tutan qapalı görüş zamanı müzakirə edilib, hətta tərəflər açıq şəkildə məsələnin KTMT-nın növbəti şəkildə iclasının gündəliyinə salınacağını da açıqlayıblar.
“Biz Azərbaycana KTMT-nin birbaşa müdaxilə edəcəyini gözləmirik. Belə bir istəyimiz də yoxdur, ola da bilməz. Çünki ölkəmiz qarşı tərəfə öz cavabını verə bilər. Bundan başqa Azərbaycan sentyabrın 7-i Sarkisyanın Moskva səfəri ilə özünü daha “sakit” aparmağa başlayıb. Lakin bizim ölkə üçün bu məsələnin prinsipiallığı və aktuallığı itmir. Belə ki, Ermənistan Rusiya ilə hərbi-siyasi saziş imzalayıb və eyni zamanda onun rəhbərliyi altında yaradılan KTMT-nın üzvləri kimi hərbi-siyasi təhlükəsizliyə zəmanət verilməsini gözləyir” , - deyə nəşr qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az