Bakı əhalisi 9 ayda 25 milyard xərcləyib

   Bakı əhalisi 9 ayda 25 milyard xərcləyib
  04 Noyabr 2024    Oxunub:799
2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olub.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 14219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 faiz artaraq 10729,3 milyon manat təşkil edib.

İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti