Sarkisyan məşhur qatilə görə Putinə təşəkkür etdi

Sarkisyan məşhur qatilə görə Putinə təşəkkür etdi
  08 Sentyabr 2015    Oxunub:2682
Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işinin Ermənistan məhkəməsinə verilməsinə görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Permyakova qarşı cinayət işinin Ermənistan məhkəməsinə ötürülməsinə görə sizə təşəkkür edirəm”, - deyə Sarkisyan bildirib.

Xatırladaq ki, avqustun 12-i fərarilik və silah oğurlamaqda ittiham olunan Valeri Permyakovun məhkəməsi başlayıb. Permyakov məhkəmədə ona qarşı səsləndirilən ittihamları qəbul edib.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti