Davudoğlu qəzəbləndi: `Onları məhv edəcəyik`

Davudoğlu qəzəbləndi: `Onları məhv edəcəyik`
  08 Sentyabr 2015    Oxunub:2610
Türkiyənin baş naziri Ahmet Davutoğlu türk ordusunda ölümlə nəticələnən bomba hücumundan sonra Kürd PKK qiyamçılarını məhv edəcəyinə söz verib.
AzVision.az xəbər verir ki, baş nazir "Bu ölkənin dağları, düzənlikləri, hündürlükləri, şəhərləri terrorçulara tərk edilməyəcək",-deyə bildirib.

"Siz bizim terrorla müharibəmizə mane ola bilməzsiniz. Həmin dağlar, bu terrorçulardan təmizlənəcək. Nə bahasına olursa olsun, onlar təmizlənəcək".

Ordunun məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Hakkari vilayətində bazar günü baş vermiş hücumda azı 16 türk əsgəri həyatını itirib.



Teqlər:  





Xəbər lenti