Manat bahalaşdı, dollar düşdü

Manat bahalaşdı, dollar düşdü
  08 Sentyabr 2015    Oxunub:2284
Bu gün sentyabrın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 7-si ilə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0482 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0057 manat və ya 0,49% artaraq 1,1744 manata yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti