Müdafiə naziri istefa verdi

Müdafiə naziri istefa verdi
  08 Sentyabr 2015    Oxunub:1980
Macarıstanın müdafiə naziri Çaba Qende istefa verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu, hökumətin miqrantlarla əlaqədar iclasından sonra baş verib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban miqrant axınının qarşısını almaq üçün Avropa ölkələrinin öz sərhədlərində ordu yerləşdirilməsini təklif etmişdi.

Viktor Orban müdafiə naziri postuna İştvan Simiçkonun namizədliyini irəli sürüb.

Qeyd edək ki, İ. Simiçko baş nazir Orbanın sədri olduğu “Macarıstan Vətəndaş İttifaqı” partiyasının üzvüdür.


Teqlər:





Xəbər lenti