Prezidentdən qeyri-adi çağırış: banandan imtina edin

Prezidentdən qeyri-adi çağırış: banandan imtina edin
  07 Sentyabr 2015    Oxunub:4114
Qazaxıstan prezidenti Nursultan Nazarbayev həmvətənlərini banan və “Land Cruiser”lərdən imtina etməyə çağırıb.
AzVision.az Qazax KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.

“Ən əsası odur ki, bizim yeməyə nəyimizsə var. Bizim hətta içməyə də nəyimizsə var. Geyinməyə nəyimizsə var. Başımızın üstündə damımız, evi qızdırmağımız üçün imkanlarımız var. Bizim lazım olan ən vacib şeylərimiz var. Yerdə qalan şeylərsiz – məsələn Qərb geyimlərsiz də keçinmək olar. Düzdür? Bizə ziyanlı olan bananlarsız da yaşamaq olar. Ən yaxşı, böyük “Land Cruiser”lərsiz də yaşamaq olar. Bunlarsız yaşamaq olar. Həyatı yaşamaq üçün ölkəmizdə hər şey var”, - deyə Qazaxıstan lideri vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti