Olland Putinə barışıq əlini uzatdı

Olland Putinə barışıq əlini uzatdı
  07 Sentyabr 2015    Oxunub:2010
Ukraynadakı böhranın aradan qaldırılması məsələsində proqress davam etsə, onda Fransa prezidenti Fransua Olland Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin lehinə çıxış edəcək.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Minsk razılaşmaları ilin sonuna qədər reallaşdırılmalıdır. Yerli seçkilərin, muxtariyyətlə bağlı qanunlar, Ukraynanın şərqində regionların desentralizasiyası da daxil olmaqla bir çox məsələlərdə sona kimi getmək lazımdır. Əgər bu proses bitsə, mən Rusiya əleyhinə sanksiyaların ləğv edilməsinə dair tədbirlər görəcəm”, - deyə Ollan bu gün keçirilən mətbuat konfransında bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti