Axtarışda olan milyarder yenidən Qarabağa gedəcək
“Bizim vətənə qayıtmağımız o anlama gəlmir ki, biz Dağlıq Qarabağa yenidən getməyəcəyik. Demək olar ki, ora bizim doğma evimizdir”,- deyə Sterliqov vurğulayıb.
Biznesmenin sözlərinə görə, o, Dağlıq Qarabağ balaca təsərrüfatın sahibidir və o, olmadığı vaxtlarda yerli sakinlərdən olan tanışları ora nəzarət edəcək: “Mənim orada balaca təsərrüfatım, öz dəyirmanım var. Biz orada un üyüdürük. Bundan əlavə mənim orada şərikim də var. Yəni heç nə ləğv edilmir. Mənim böyük oğlanlarım var. Onlar təsərrüfata nəzarət edəcək, mən isə vaxtaşırı ora baş çəkəcəm ”.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.
İnterpol isə rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırmışdı.
Eldar Tanrıverdiyev
AzVision.az