Britaniyada qaçqınlara qarşı imza yığılır

Britaniyada qaçqınlara qarşı imza yığılır
  07 Sentyabr 2015    Oxunub:1550
Britaniya hökuməti ölkəyə gələn qaçqın kütləsinin qarşısını almaqdan ötrü petisiya keçirməyə başlayıb. Petiyanın keçirilməsi ideyasını mühafizəkarların lideri, baş nazir Devid Kameron irəli sürüb.

Petisiyanın keçirilməsinə başlanıldığı iki gün ərzində 46.000-dək insan öz imzası ilə dəstək verib. Bununla da İngilətərə digər Avropa dövlətlərindən fərqli olaraq, qaçqınları qəbul etmək istəmədiyini rəsmiləşdirməyə, eləcə də parlamentdə müzakirəsinə çalışır.

Başladılan bu imzatoplama aksiyasında London şəhəri üzrə 10.000 nəfərin qoşulacağı, ümumiyyətlə isə ölkə üzrə ən azı 100.000 imzanın topalanacağı deyilir. Bu mərhələdən sonra isə məsələ Britaniya parlamentində müzakirəyə çıxarıla bilər.

Britaniyanın daxili işlər naziri Tereza May da öz növbəsində vətəndaşları “Change.org” saytına daxil olub petisiyaya qoşulmağa dəvət edib.

Britaniyanın “The Idependent” qəzeti isə yazır ki, daxili işlər nazirinin müraciətinin ardından bir saat ərzində 13.600 nəfər səs verməyə qoşulub. Ümumilikdə 4 gün ərzində 135.000 insan bu aksiyada fəallıq göstərib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti