Qisas vaxtı: 250 PKK-çı mühasirəyə alındı

Qisas vaxtı: 250 PKK-çı mühasirəyə alındı
  07 Sentyabr 2015    Oxunub:3879
Türkiyənin İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Cilo dağında 250-dən çox PKK terrorçusu mühasirəyə alınıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda terrorçularla hərbiçilər arasında atışma gedir.

Bundan başqa Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 və F-4 qırıcı təyyarələri 12 nöqtəyə hava zərbələri endirib.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb.


Teqlər:





Xəbər lenti