İslam Kərimov qızını siyasi varisi elan etdi

İslam Kərimov qızını siyasi varisi elan etdi
  05 Sentyabr 2015    Oxunub:5523
Özbəkistan prezidenti İslam Kərimov öz siyasi varisinin adını açıqlayıb.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məşhur özbək politoloq Usman Haknazarov Özbəkistan Xalq Hərəkatının girişinə məhdudiyyət qoyulmuş saytında məlumat yayıb.

Politoloqun verdiyi informasiyaya görə, İ.Kərimov öz varisinin adını hələ bu il aprelin sonunda Kuksaray iqamətgahında keçirdiyi müşavirədə açıqlayıb. Həmin iclasda yüksək rütbəli məmurların məhdud çevrəsi iştirak edib.

“Prezident Kərimovun açıqladığı adı ilk olaraq Milli Təhlükəsizlik Xidmətinin şefi Rüstəm İnoyatov, daxili işlər naziri Ədhəm Əhmədbayev, baş nazir Şavkat Mirziyayev və baş nazirin birimci müavini Rüstəm Əzimov eşidiblər” - deyə U.Haknazarov yazır.

Politoloqun sözlərinə görə ki, 77 yaşlı İslam Kərimov müşavirə zamanı deyib ki, o, yaxın 5 ildə öz yerini “bütün maraqlı tərəfləri qane edəcək daha gənc və enerjili varisə verməyi faydalı sayır”.

“Hesab edirəm ki, mənim hakimiyyəti ağrısız və təhlükəsiz şəkildə ötürməyə münasib bildiyim adam sizi də qane edəcək. Məncə, biz Lolanı (İslam Kərimovun kiçik qızı-red.) prezidentliyimin son dönəmində bu missiyaya tədricən hazırlasaq, siz də buna qarşı çıxmazsınız. Qulidən (Kərimovun böyük qızı Gülnarə Kərimova-red.) fərqli olaraq Lolanın diplomatik bacarığı, təmkin və ciddiyyəti var. Beynəlxalq aləmdə də nüfuz sahibidir” - deyə politoloq özbək prezidentinin sözlərini sitat gətirir.

U.Haknazarov daha sonra bildirir ki, İ.Kərimov həmin müşavirədə indiki siyasi elitanın taleyi məsələsinə də toxunub.

Politoloqun sözlərinə görə, İ.Kərimov həmin müşavirədə üzünü məmurlara tutaraq belə deyib: “Prezident postunun Lolaya verilməsi bizim aramızda əldə edilmiş bütün anlaşma və razılaşmaları qüvvəsində saxlayacaq. Mən ilk növbədə güc strukturlarının sonrakı fəaliyyətini nəzərdə tuturam. Baş nazir və onun I müavini də vəzifələrində qalacaqlar. İndiki siyasi elitanın üzvləri və onların yaxınları da öz immunitet və imtiyazlarını qoruyub saxlayacaqlar”.




Teqlər:





Xəbər lenti