ATƏT-in baş katibi dəyişəcək – Gündəlik məlum oldu
Baş tutacaq sessiyanın əsas mövzusu Avropada miqrant böhranının humanitar və siyasi aspektləri, həmçinin yaranmış vəziyyətlə əlaqədar tranzit ölkələrdə yaranan vəziyyət olacaq.
Sessiya zamanı ATƏT büro və daimi komitəsinin inkişafı barədə hesabat dinləniləcək, məhkəmə tərəfdən qəbul olunan qərarlar müzakirə ediləcək, həmçinin növbəti beş il üçün ATƏT-in yeni baş katibi seçiləcək.
Bundan başqa sessiyada Lüksemburq hersoqu, Serbiya baş naziri Aleksandr Vuçiç, Avropa Şurası Nazirlər Kabinetinin sədri, quruma sədrlik edən Bosniya və Herseqovina xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəyi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az